Vətən müharibəsi qazisi dəfn olunub

Vətən müharibəsi qazisi dəfn olunub Vətən müharibəsi qazisi Ruslan Kazımov dəfn olunub
Qarabağ
25 İyun , 2021 11:39
Vətən müharibəsi qazisi dəfn olunub

Vətən müharibəsi qazisi Ruslan Kazımov dəfn olunub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, mərhum doğulduğu Ağstafa rayon Kolxəlifə kəndinin qəbristanlığında torpağa tapşırılıb.

Dəfndə qazinin yaxınları, rayon sakinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, R.Kazımov Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş kimi xidmət edib. O, 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsində iştirak edib. R.Kazımov döyüşlərin birində ağır yaralanıb. Daha sonra müalicəsini davam etdirib. Qazi ötən gün vəfat edib.

Son xəbərlər

Orphus sistemi