Vətən müharibəsi şəhidi Sərxan Sahil oğlu Məmmədov yaşasaydı, bu gün 20 yaşını qeyd edəcəkdi.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, bu münasibətlə onun məzarı yaxınları tərəfindən ziyarət edilib, ruhuna dualar oxunub.
Daşkəsən rayon Qabaqtəpə kənd sakini Sərxan Məmmədov 2001-ci il mayın 9-da dünyaya gəlib.
O, 2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətə gedib. Sərxan Məmmədov Vətən müharibəsində şücaətləri ilə seçilib. Bir sıra döyüşlərdə düşmənin canlı qüvvəsinin məhv edilməsində, parlaq qələbələrin qazanılmasında yaxından iştirak edib. Sərxan Məmmədov 2020-ci il noyabrın 3-də Daşaltı istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub.
Qəhrəman döyüşçümüz Daşkəsən şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
S.Məmmədov "Vətən uğrunda" medalı ilə təltif olunub.
Allah rəhmət eləsin.