Vətən müharibəsi şəhidi Xaçmazda anılıb

Vətən müharibəsi şəhidi Xaçmazda anılıb Xaçmazda Samir Mustafayevin anım günü qeyd olunub.
Qarabağ
1 Noyabr , 2021 11:27
Vətən müharibəsi şəhidi Xaçmazda anılıb

Xaçmazda Samir Mustafayevin anım günü qeyd olunub.

"Report"un şimal bürosu xəbər verir ki, Suqovuşan istiqamətində gedən döyüşdə şəhidlik zirvəsinə ucalan qəhramanımızın bu gün ildönümüdür.

Xaçmaz rayonu Qaracəlli kəndində keçirilən anım mərasimində Rayon İcra Hakimiyyətnin əməkdaşları, idarə və təşkilatların əməkdaşları, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak ediblər. Tədbir iştirakçıları şəhidin məzarı üstünə gül- çiçək dəstələri düzüb, əziz xatirəsini yad ediblər.

Məlumat üçün bildirək ki, Samir Mustafayev 10 mart 2000-ci ildə Xaçmaz rayonunun Qaracəlli kəndində dünyaya göz açmışdır. Ailənin ilk övladı olan Samir uşaqlıqdan cəsur böyümüşdür. 2018-2019 - cu illərdə hərbi xidmətdə olarkən hünər göstərən Samir Mustafayev Vətən muharibəsi başlayarkən yenidən silahlı qüvvələrmizin sıralarına müddətdən artq həqiqi hərbi xidmət qulluqçusu kimi qatılır.

Ağdərə, Xocavənd, Füzuli və Suqovuşan istiqamətlərində gedən döyüşlərdə kəşfiyatçı- atıcı kimi düşmənə sarsıdıcı zərbələr endirir. Düşmənin xeyli sayda texnikası və canlı qüvvəsinin məhv edilməsində əvəzsiz xidmətləri olan Samir Mustafayevin son döyüşü Suqovuşan ərazisində olur və elə orada oktyabrın 10-u günorta saatlarında döyüş tapşırığını yerinə yetirərkən canını tapşırır, şəhidlik zivəsinə ucalır. Ayın 29-u şəhidimizin nəşi doğulduğu Xaçmaz rayonu Qaracəlli kəndinə gətirilib və torpağa tapşırılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə şəhid Samir Azər oğlu Mustafayev “Vətən uğrunda” medalı və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik.

Son xəbərlər

Orphus sistemi