Vətən müharibəsi şəhidinin qorelyefi qoyulub

Vətən müharibəsi şəhidinin qorelyefi qoyulub Vətən müharibəsi şəhidi İlkin Məmmədzadənin qorelyefi qoyulub.
Qarabağ
31 Yanvar , 2022 12:50
Vətən müharibəsi şəhidinin qorelyefi qoyulub

Vətən müharibəsi şəhidi İlkin Məmmədzadənin qorelyefi qoyulub.

“Report” xəbər verir ki, abidə şəhidin Sumqayıt şəhərində yaşadığı evin qarşısında yerləşdirilib.

Qeyd edək ki, daha əvvəl yaşadığı evin qarşısında şəhidin xatirəsinə həsr olunan ehsan bulağı da istifadəyə verilib.

Xatırladaq ki, Azərbaycan Ordusunun baş leytenantı olan İlkin Məmmədzadə 2020-ci ilin sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsinə qatılıb.

O, 21 nəfərə yaxın yaralı hərbçini döyüş meydanından çıxarıb. Oktyabrın 7-də Tərtər-Ağdərə istiqamətində "Tülkü Dərəsi" adlanan ərazidə şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub. İlkin Məmmədzadə oktyabrın 8-də Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib.

İlkin Məmmədzadə Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və "Rəşadət" ordeni ilə təltif olunub.

Son xəbərlər

Orphus sistemi