Canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-ü saat 12:00-da bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Miqrasiya Xidmətindən "Report"a bildirilib ki, bütün ölkə ərazisində olduğu kimi, qurumda da xidməti fəaliyyətini yerinə yetirən Xidmət əməkdaşları tərəfindən Silahlı Qüvvələrimizin şəhidlik zirvəsinə ucalan 2 783 hərbi qulluqçusunun əziz xatirəsi ehtiramla anılıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin və qazilərimizə şəfa versin.
Qarabağ Azərbaycandır!