“Vice News” xəbər kanalının Vətən müharibəsi dövründə çəkdiyi sənədli film Britaniyanın nüfuzlu “One World Media” mükafatına namizədlər siyahısına daxil edilib.
“Report”un xəbərinə görə, bu barədə mükafatın rəsmi saytında məlumat yerləşdirilib.
“Azərbaycandakı hərbi əməliyyatların ön cəbhəsində” adlanın film “İlin xəbər mükafatı” nominasiyası üzrə mükafata namizəddir.
Qeyd edək ki, filmdə hərbi əməliyyatlar zamanı ermənilərin mülki əhaliyə qarşı törətdikləri cinayətlər əks olunur.
Məlumat üçün bildirək ki, “One World Media” mükafatı dünya KİV-də əksini tapmış ən yaxşı materiallara təqdim olunur. Builki seçimlərdə 96 ölkədən olan 500-dən çox iş iştirak edib.
Mükafatın qalibləri iyunun 17-də açıqlanacaq.
Filmin tam versiyasını bu