"Torpaqlar minalardan təmizləndikcə daha neçə-neçə kütləvi məzarlığa rast gələcəyik"

"Torpaqlar minalardan təmizləndikcə daha neçə-neçə kütləvi məzarlığa rast gələcəyik" “Ermənilər zaman-zaman azərbaycanlılara qarşı qanlı cinayətlər, dəhşətli soyqırımları törədiblər. Çox da uzağa getməyək, bildiyiniz kimi martın 31-i tariximizə Azərbaycanlılarının Soyqırımı Günü kimi düşüb. Bunun da səbəkarları məhz ermənilərdir. Çünki 19
Qarabağ
30 Mart , 2022 19:19
Torpaqlar minalardan təmizləndikcə daha neçə-neçə kütləvi məzarlığa rast gələcəyik

“Ermənilər zaman-zaman azərbaycanlılara qarşı qanlı cinayətlər, dəhşətli soyqırımları törədiblər. Çox da uzağa getməyək, bildiyiniz kimi martın 31-i tariximizə Azərbaycanlılarının Soyqırımı Günü kimi düşüb. Bunun da səbəkarları məhz ermənilərdir. Çünki 1918-ci ilin qanlı mart günlərində erməni daşnaklar xalqımıza qarşı amansız soyqırımı cinayəti törədiblər”.

Bunu "Report"a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, artıq bütün dünya ermənilər tərəfindən 1905-1906, 1918, 1948-1953, 1988-1993-cü illərdə xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, işğal, terror, deportasiya, soyqırımı aktları barədə məlumatlıdır: “Ermənistanın uzun illər boyu həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlıların tarixən yaşadıqları yer adlarının erməniləşdirilməsi, şəhər və kəndlərin, tarixi-mədəni abidələrin, məscidlərin, hətta qəbiristanlıqların dağıdılması faktları da dünyaya yaxşı bəllidir. Bundan başqa, Birinci Qarabağ müharibəsi zamanı, o cümlədən torpaqlarımızı işğal altında saxladıqları 30 il ərzində də ermənilər bu cinayətlərini davam etdiriblər. Bədnam qonşularımız 44 günlük Vətən müharibəsi zamanı dinc insanları hədəfə almaqla “nəyə qadir olduqlarını” növbəti dəfə dünyaya nümayiş etdirdilər. Bir sözlə, ermənilərin xalqımıza qarşı həyata keçirdikləri cinayətlərin sayı-hesabı yoxdur”.

Vüqar İskəndərov
Vüqar İskəndərov

V.İskəndərovun sözlərinə görə, Birinci Qarabağ müharibəsinin gedişində və ondan sonra əsir götürdükləri azərbaycanlıları kütləvi şəkildə qətlə yetirən və onları kütləvi məzarlıqlarda, bəzən isə hətta silos quyularında basdıran erməni cinayətkarlar uzun illər bu cinayətlərini gizlədə bildilər: “30 ilə yaxın müddətdə biz o torpaqlara gedə bilmədiyimiz üçün orada nələrin törədildiyini öyrənə bilmədik. Ancaq artıq topraqlarımız azad olunub və ermənilərin kütləvi cinayətlər bir-bir üzə çıxır. Elə Xocalı rayonunun Fərrux kəndi ərazisində aşkarlanan insan meyitlərinin qalıqları da bu cinayətlərdən xəbər verir. Bildiyiniz kimi, qalıqlar Azərbaycanın birinci Qarabağ müharibəsində Fərrux kəndi və yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə şəhid olmuş vətəndaşlarına aiddir. Həmin insan qalıqlarını Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndindəki mövqelərdə qazıntı işləri apararkən aşkarlayıblar. İndi görün o torpaqlar minalardan təmizləndikcə biz daha neçə-neçə belə kütləvi məzarlığa rast gələcəyik”.

Deputat qeyd edib ki, Ermənistan uzun illər əsir götürülmüş, yaxud itkin düşmüş azərbaycanlılar haqqında məlumat verməkdən boyun qaçırıb: “Halbuki Azərbaycan tərəfi, şəxsən cənab Prezident İlham Əliyev dəfələrlə beynəlxalq təşkilatlar qarşısında bu məsələni qaldırıb. O cümlədən Vətən müharibəsindən sonra da Azərbaycan tərəfi Ermənistandan əsir götürülmüş və itkin düşmüş azərbaycanlılar, həmçinin onların basdırıldığı kütləvi məzarlıqların yeri barədə məlumat verilməsini istəyib. Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makronla görüşündə də bu məsələni qaldırması ölkəmizin sözügedən məsələyə verdiyi əhəmiyyətin nümunəsidir. Düzdür, Ermənistan tərəfi hər dəfə bir bəhanə ilə bundan yayınırdı. Görünür, bununla onlar cinayətlərini ört-basdır edə biləcəklərini düşünürdülər. Lakin əbəs yerə. Gec ya tez onların bütün cinayətləri gün üzünə çıxacaq. Bundan sonra isə həmin cinayətlərə görə qanun qarşısında cavab verməli olacaqlar”.

Son xəbərlər

Orphus sistemi