Azərbaycandakı xarici diplomatlar Cocuq Mərcanlıya baş çəkib

Azərbaycandakı xarici diplomatlar Cocuq Mərcanlıya baş çəkib H.Hacıyev bildirib ki, Cocuq Mərcanlı kəndi Azərbaycan üçün qayıdış rəmzidir
Qarabağ
6 Fevral , 2021 11:16
Azərbaycandakı xarici diplomatlar Cocuq Mərcanlıya baş çəkib

Azərbaycan Prezidenti İlham Əliyevin təlimatına uyğun olaraq, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin Ermənistanın işğalından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər ediblər.

“Report”un xəbərinə görə, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici diplomatlara Cocuq Mərcanlı kəndi barədə məlumat verib.

H.Hacıyev bildirib ki, Cocuq Mərcanlı kəndi Azərbaycan üçün qayıdış rəmzidir.

Son xəbərlər

Orphus sistemi