Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Kəlbəcər rayonuna səfəri başa çatıb.
“Report” xəbər verir ki, xarici diplomatlar rayonun İstisu qəsəbəsində olub, İstisunun müalicəvi mineral bulaqlarına baş çəkib, həmçinin Kəlbəcər balının dadına baxıblar.
Bundan əvvəl onlar Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi, “Kəlbəcər-1” su elektrik stansiyasında (SES) görülən işlərlə də tanış olublar.
Qeyd edək ki, səfərdə 50-dən çox ölkə və 10 beynəlxalq təşkilatı təmsil edən 80-dən çox diplomat, eləcə də hərbi attaşe iştirak edib.