Xarici jurnalistlər “Laçın” sərhəd-buraxılış məntəqəsi ilə tanış olublar

Xarici jurnalistlər “Laçın” sərhəd-buraxılış məntəqəsi ilə tanış olublar Azərbaycanda səfərdə olan xarici jurnalistlər “Laçın” sərhəd-buraxılış məntəqəsi ilə tanış olublar.
Qarabağ
16 Avqust , 2023 10:17
Xarici jurnalistlər “Laçın” sərhəd-buraxılış məntəqəsi ilə tanış olublar

Azərbaycanda səfərdə olan xarici jurnalistlər “Laçın” sərhəd-buraxılış məntəqəsi ilə tanış olublar.

Bu barədə “Report”un Laçına ezam olunmuş əməkdaşı xəbər verir.

Xarici KİV nümayəndələrinə sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti barədə geniş məlumat verilib.

Qeyd edilib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiətilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin sərbəst keçidinə şərait yaradılır.

Bütün bunlar Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu sübut edir.

Qonaqlar həmçinin, Laçın şəhərində olublar. Onlara şəhərdə aparılan yenidənqurma və abadlıq işlərinin gedişatı ilə bağlı da ətraflı məlumat verilib.

Son xəbərlər

Orphus sistemi