Xorvat deputat: "Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərilsin"

Xorvat deputat: "Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərilsin" "Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərilsin, mülki şəxslərə qarşı hücumlar dayandırılsın".
Qarabağ
3 Oktyabr , 2020 11:33
Xorvat deputat: Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərilsin
Veljko Kajtazi

"Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərilsin, mülki şəxslərə qarşı hücumlar dayandırılsın".

Bunu "Report"a Xorvatiya parlamentinin deputatı, qurumun İnsan hüquqları komitəsinin üzvü Veljko Kajtazi deyib.

O, Azərbaycan ilə Ermənistan arasındakı münaqişənin alovlanmasından təəssüfləndiyini bildirib, iki ölkə arasında münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.

Son günlərdə Ermənistanın təxribatı nəticəsində onlarca dinc insanın ölümündən kədərləndiyini bildirən deputat deyib:

“Təəssüf ki, gərginlik getdikcə artır, 2020-ci ildə birgə yaşayış və sərhəd məsələləri münaqişə yolu ilə həll olunur. Dinc insanların ölümü Cenevrə Konvensiyasının pozulması deməkdir. Bu, pozulmamalı və mülki şəxslərə qarşı hücumlar dərhal dayandırılmalıdır”.

Deputat həmçinin həmkarlarını və Xorvatiya hökumətini Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllini dəstəkləməyə çağırıb.

Bildirib ki, münaqişənin yeganə həll yolu sülh yoludur.

O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərilməli, Cenevrə Konvensiyası pozulmamalı və mülki şəxslərə qarşı hücumlar dərhal dayandırılmalıdır.

Son xəbərlər

Orphus sistemi