"YAŞAT" Fondunun 8110 Çağrı Mərkəzinə 55 mindən çox müraciət daxil olub.
Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar Üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, şəhidlərimizin ailə üzvlərinin və yaralıların ümumilikdə 8 mindən çox müraciəti qeydiyyata alınaraq aidiyyəti üzrə yönləndirilib. Bunların 2 300-ə yaxını şəhidlərimizin ailə üzvlərinin, 6 000-dən çoxu isə yaralılarımızın müraciətləridir.
Xatırladaq ki, "YAŞAT" Fondunun yashat.gov.az portalı bu ilin yanvarın 8-də istifadəyə verilib. Həmin tarixdə həmçinin Fondun 8110 Çağrı Mərkəzi fəaliyyətə başlayıb. 8110 Çağrı Mərkəzinə zənglər tam ödənişsizdir.