“Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti regionda uzunmüddətli sülhün və təhlükəsizliyin bərqərar olunmasına öz töhfəsini verəcək”.
“Report”un xəbərinə görə, bunu Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov işğaldan azad olunmuş Ağdam rayonunun ərazisində inşa edilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimində deyib.
“Əminik ki, Mərkəzdə türk və rus həmkarlarımız arasında dost və işçi münasibətlər yaranacaq”, - Z.Həsənov bildirib.