Zərdabda Zəfər Günü qeyd edilib

Zərdabda Zəfər Günü qeyd edilib Zərdabda 8 Noyabr - Zəfər Günü münasibətilə ümumrayon tədbiri keçirilib.
Qarabağ
8 Noyabr , 2021 18:36
Zərdabda Zəfər Günü qeyd edilib

Zərdabda 8 Noyabr - Zəfər Günü münasibətilə ümumrayon tədbiri keçirilib.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, sosial durumundan, yaşından asılı olmayaraq hər kəs küçələrə axışdı, eynilə ötən ilin bu günü olduğu kimi. Bir il bundan əvvəl insanlarımız xalqımızın tarixi qələbəsini qeyd edirdi, bu gün isə həmin şanlı zəfərin bir ili tamam olur.

İlk olaraq rayon sakinləri Şəhidlər Xiyabanını ziyarət edib, bizlərə qələbə sevinci yaşadan qəhrəmanlar yad olunub, ruhlarına dualar oxunub.

Məktəblilərin təqdimatında bir-birindən maraqlı kompozisiyalar, fləşmoblar nümayiş etdirilib. Rayon rəsmiləri, döyüşçülər, şəhid və qazi ailələri vətənpərvərlik mövzusunda geniş çıxışlar edib. Zəfər yürüşü daha sonra öz işini ağacəkmə aksiyası ilə davam etdirib.

Rayonun bir neçə hissəsində şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə həmişəyaşıl ağaclar əkilib. "Zəfər bayramı" gün ərzində öz işini bayram ab-havasında davam etdirib.

Son xəbərlər

Orphus sistemi