ABŞ-ın Baş prokuroru Merrik Harland gözlənilmədən Ukraynaya səfər edib.
“Report” ABC telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ədliyyə Nazirliyinin nümayəndəsi məlumat verib.
Bildirilib ki, M.Harland Ukraynanın Baş prokuroru İrina Venediktova ilə görüşmək niyyətindədir.
Qeyd edək ki, ABŞ-ın Baş prokuroru keçirəcəyi görüşlər zamanı Ukraynada hərbi cinayətlərin törədilməsində iştirak edən şəxslərin məsuliyyətə cəlb edilməsi ilə fikir mübadiləsi aparmağı planlaşdırır.