ABŞ-ın Gürcüstandakı səfiri Azərbaycan dilində çıxış edib

ABŞ-ın Gürcüstandakı səfiri Azərbaycan dilində çıxış edib O, guşənin yaradılmasına dəstək göstərən rəsmi şəxslərə təşəkkür edib
Region
22 Aprel , 2021 15:28
ABŞ-ın Gürcüstandakı səfiri Azərbaycan dilində çıxış edib
Kelli Deqnan

Gürcüstanın Marneuli rayonunda Amerika guşəsinin açılışında iştirak edən ABŞ səfiri Kelli Deqnan tədbir iştirakçılarına Azərbaycan dilində də müraciət edib.

“Report”un yerli bürosu xəbər verir ki, diplomat salam söyləyərək bu gün Gürcüstan və ABŞ üçün gözəl bir gün olduğunu deyib.

Səfir Marneulidə gözəl tərəfdaşların olduğundan məmnunluq da ifadə edib.

Çıxışını ingilis dilində davam etdirən K.Deqnan mərkəzin Marneuli sakinləri, xüsusən də gənclər üçün ABŞ xalqı, adət-ənənələri ilə tanışlıq, ingilis dilini öyrənmək və inkişaf etdirmək üçün faydalı olacağını bildirib.

O, guşənin yaradılmasına dəstək göstərən rəsmi şəxslərə təşəkkür edib.

K.Deqnan çıxışının sonunda guşənin açılması münasibətilə Azərbaycan dilində də təbriklərini çatdırıb.

Son xəbərlər

Orphus sistemi