ABŞ-ın Rusiyadakı səfiri bu həftə Moskvaya qayıdır

ABŞ-ın Rusiyadakı səfiri bu həftə Moskvaya qayıdır Dövlət Departamenti Rusiyadakı səfiri Con Sallivanın bu həftə Moskvaya qayıdacağını bildirib.
Region
22 İyun , 2021 05:53
ABŞ-ın Rusiyadakı səfiri bu həftə Moskvaya qayıdır
Con C. Sallivan

Dövlət Departamenti Rusiyadakı səfiri Con Sallivanın bu həftə Moskvaya qayıdacağını bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Onun sözlərinə görə, iki ölkənin diplomatları mütəmadi olaraq bir-biri ilə görüşürlər. "Səfirliklər daxil olmaqla hökumətlərimiz arasında daha açıq əlaqə kanallarını alqışlayırıq. Bu səbəbdən səfirlərin geri dönməsi bizim üçün də, Rusiya tərəfi üçün də çox vacibdir" dedi.

Son xəbərlər

Orphus sistemi