ABŞ rəsmiləri Türkiyədə Əfqanıstan müqavimət cəbhəsinin nümayəndələri ilə görüşəcək

ABŞ rəsmiləri Türkiyədə Əfqanıstan müqavimət cəbhəsinin nümayəndələri ilə görüşəcək ABŞ nümayəndə heyəti Türkiyədə səfərdədir.
Region
10 Yanvar , 2023 16:20
ABŞ rəsmiləri Türkiyədə Əfqanıstan müqavimət cəbhəsinin nümayəndələri ilə görüşəcək

ABŞ nümayəndə heyəti Türkiyədə səfərdədir.

"Report" "Al Arabiya" telekanalına istinadən xəbər verir ki, onlar Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal "Taliban" hərəkatına qarşı çıxan Əfqanıstan Milli Müqavimət Cəbhəsinin nümayəndələri ilə görüşəcəklər. 

Tərəflər Əfqanıstandakı böhranın həlli yollarını müzakirə edəcəklər.

Xatırladaq ki, ABŞ-ın 2021-ci ilin yazında qoşunlarını Əfqanıstandan çıxarmaq qərarından sonra "Taliban" bu ölkədə nəzarəti ələ keçirmək üçün genişmiqyaslı hərbi əməliyyata başlamışdı. Nəticədə həmin il avqustun 15-də qruplaşma paytaxt Kabilə daxil olub və sentyabrın 7-də legitimliyi heç bir ölkə tərəfindən tanınmayan müvəqqəti hökumətin tərkibini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi