ABŞ Sərhəd Xidmətinin nümayəndəsi Ermənistanın Gürcüstan və Azərbaycanla sərhədyanı ərazilərində olub.
“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı Səfirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, nümayəndə İrəvanda “Zvartnos” hava limanına da baş çəkib.
Səfərin sərhəd təhlükəsizliyinin təmin edilməsi məsələlərində əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə həyata keçirildiyi bildirilib.