ABŞ rəsmisi: "İrana güzəştə getməyəcəyik"

ABŞ rəsmisi: "İrana güzəştə getməyəcəyik" İran Dışişleri Bakan Yardımcısı ve Başmüzakereci Ali Bakıri Keni, Katar merkezli Al Jazeera televizyon kanalına verdiği demeçte, yakında yapılması planlanan Viyana görüşmelerine ilişkin açıklamada bulundu.
Region
23 Noyabr , 2021 10:00
ABŞ rəsmisi: İrana güzəştə getməyəcəyik
Ned Prays

“İranın Əhatəli Birgə Fəaliyyət Planı üzrə danışıqlar masasına qayıtması üçün ABŞ birtərəfli heç bir güzəştə getməyəcək”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays bildirib.

O, jurnalistin “ABŞ İrana qarşı tətbiq etdiyi sanksiyaları qismən aradan qaldıra bilərmi” sualına cavabında deyib: “Biz yalnız danışıqların davam etməsi üçün birtərəfli addımlar atmayacağıq”.

Qeyd edək ki, noyabrın 29-da Avstriyanın paytaxtı Vyanada İranın nüvə proqramı ilə bağlı danışıqların keçirilməsi planlaşdırılır. İranın xarici işlər nazirinin müavini Əli Baqiri Kəni bildirib ki, qarşı tərəf öhdəliklərini yerinə yetirməzsə rəsmi Tehranın nüvə siyasətindən əl çəkməsi üçün heç bir əsas olmayacaq.

Son xəbərlər

Orphus sistemi