ABŞ səfiri Rusiyanın koronavirus peyvəndindən imtina etdi

ABŞ səfiri Rusiyanın koronavirus peyvəndindən imtina etdi ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyinə Rusiyada koronavirusa qarşı hazırlanmış “Sputnik V” vaksini ilə peyvənd olmaq tövsiyəsinə görə minnətdardır, lakin onu yerinə yetirməyəcək.
Region
27 Dekabr , 2020 18:33
ABŞ səfiri Rusiyanın koronavirus peyvəndindən imtina etdi
Con Sallivan

ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyinə Rusiyada koronavirusa qarşı hazırlanmış “Sputnik V” vaksini ilə peyvənd olmaq tövsiyəsinə görə minnətdardır, lakin onu yerinə yetirməyəcək.

“Report”un məlumatına görə, bu barədə ABŞ-ın Rusiya Federasiyasındakı səfirliyinin mətbuat attaşesi Rebekka Ross tvitterdə yazıb.

“Səfir Sallivan peyvənd təklifinə görə Rusiya Xarici İşlər Nazirliyinə təşəkkür edir, lakin Rusiya vətəndaşı üçün nəzərdə tutulan “Sputnik V” dozasını qəbul etmək istəmir”, - deyə Rebekka Ross tvitterdə yazıb.

Son xəbərlər

Orphus sistemi