ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan məsləhətləşmə üçün Vaşinqtona yola düşdüyünü, yaxın həftələrdə isə Moskvaya qayıdacağını bildirib.
“Report” TASS-a istinadən xəbər verir ki, diplomat bu həftə Vaşinqtona gedəcək.
“Fikrimcə, Vaşinqtonda Cozef Bayden administrasiyasındakı yeni həmkarlarımla ABŞ və Rusiya arasındakı ikitərəfli münasibətlərin indiki vəziyyəti barədə birbaşa danışmağım vacibdir”, - Con Sallivan deyib.