ABŞ uyğurlara görə Çin hakimiyyətinə sanksiya tətbiq edib

ABŞ uyğurlara görə Çin hakimiyyətinə sanksiya tətbiq edib ABŞ administrasiyası Çin hakimiyyətinin uyğur türklərinə verdiyi işgəncə və zülmə görə məhdudiyyətlə və sanksiya tətbiq edib.
Region
25 İyun , 2021 15:37
ABŞ uyğurlara görə Çin hakimiyyətinə sanksiya tətbiq edib

ABŞ administrasiyası Çin hakimiyyətinin uyğur türklərinə verdiyi işgəncə və zülmə görə məhdudiyyətlər və sanksiya tətbiq edib.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə Ağ ev açıqlama yayıb.

Sanksiyaya əsasən, Çinin uyğur türklərini işləməyə məcbur etməsi nəticəsində istehsal olunan məhsulların ABŞ-a girişi qadağan olunur. Çinin bəzi firmaları sanksiya tətbiq olunan müəssisələrin siyahısına düşüb.

Məlumata görə, sənəddə quru, dəniz və hava limanlarında Sincan-Uyğur Muxtar Rayonunda yerləşən silikon istehsal edən şirkətin və bağlı müəssisələrin məhsullarının müsadirə olunması tələb edilib.

ABŞ-ın Ticarət Nazirliyi də rəsmi Pekin uyğur türkləri ilə pis davrandığı üçün Çinin 4 texnoloji şirkətini qara siyahıya daxil edib: “Uyğur Muxtar Bölgəsindəki etnik və dini azlıqlara qarşı edilən zülm və insanlıqdan uzaq soyqırımına görə Pekin rəhbərliyi məsuliyyət daşıyır və bu istiqamətdə məhdudlaşdırıcı tədbirləri davam etdirəcəyik”.

Son xəbərlər

Orphus sistemi