ABŞ dövlət katibi Entoni Blinken və Fransanın xarici işlər naziri Jan-İv Le Drian arasında telefon danışığı olub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.
Blinken və Le Drian Ukrayna Silahlı Qüvvələrinə daha çox hərbi yardım göstərilməsi ilə bağlı məsələləri nəzərdən keçirib. Onlar, həmçinin Rusiyanın müharibəyə görə məsuliyyət daşımasına yönəlmiş əlavə tədbirləri müzakirə ediblər.