Ankarada ABŞ və Türkiyə nümayəndələri arasında F-35 təyyarələri ilə bağlı məsləhətləşmələr aparılıb.
"Report" xəbər verir ki, bu barədə Pentaqonun
Məlumatda deyilir ki, Pentaqonun nümayəndə heyəti ilə Türkiyənin Milli Müdafiə Nazirliyi arasında görüş keçirilib:
"ABŞ Müdafiə Nazirliyinin nümayəndə heyəti oktyabrın 27-də tərəflər arasında mübahisələrin həlli ilə bağlı müzakirələr aparmaq üçün Ankaraya gedib. Türkiyənin sentyabrın 23-də yekunlaşan F-35 proqramından çıxarılması ilə bağlı məsələləri həll etmək üçün Milli Müdafiə Nazirliyinin nümayəndələri ilə danışıqlar aparılıb".
"Görüş ABŞ hökumətinin Türkiyənin F-35 proqramında əvvəlki iştirakını hörmətlə yekunlaşdırmaq öhdəliyini nümayiş etdirir. Müzakirələr məhsuldar keçib və nümayəndə heyətləri yaxın aylarda Vaşinqtonda yenidən görüşməyi planlaşdırır", - Pentaqon bildirib.
Qeyd edək ki, Türkiyə ABŞ-dan F-35 üçün xərclədiyi 1,4 milyard dolların geri qaytarılmasını istəyir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl jurnalistlərə bildirib ki, ABŞ Prezidenti Baydenlə Qlazqoda gözlənilən görüşündə F-35 məsələsi gündəmdə olacaq:
"F-35 üçün 1 milyard 400 milyon dollar vermişik. Bu ödənişlə bağlı təbii ki, biz onlarla onun bizə necə qaytarılacağını müzakirə etməliyik”.