ABŞ-ın Türkiyədəki meşə yanğınları ilə mübarizə üçün göndərdiyi 2 helikopter Türkiyəyə çatıb.
“Report” xəbər verir ki, ABŞ-ın Türkiyədəki səfirliyi bununla bağlı feysbuk səhifəsində paylaşım edib.
“Dostumuz və NATO-dakı müttəfiqimiz Türkiyə ilə bağlı öhdəliklərimizə sadiqik. Birlikdə daha güclüyük”, - məlumatda qeyd edilib.
Helikopterlərlə birlikdə 18 ekipaj üzvü yanğınların söndürülməsində iştirak edəcək.