"Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) aprelin əvvəlində Tehranda məsləhətləşmələr aparacaq".
“Report” TASS-a istinadən xəbər verir ki, bunu AEBA-nın baş direktoru Rafael Qrossi martın 4-də bildirib.
“Biz aprelin əvvəlində İranda texniki görüşdə vəziyyətin təhlili prosesinə başlayacağıq. Ümid edirəm ki, bunun ardınca başqa texniki və ya siyasi məsləhətləşmələr başlayacaq. Biz prosesi başlamalıyıq”, - o deyib.
R.Qrossi vurğulayıb ki, hər iki tərəf üçün uzun müddət həll edilməyən məsələlər üzrə İranla məsləhətləşəmələr keçirəcəklər.