İran nüvə məsələsi üzrə danışıqlar zamanı əldə edilmiş razılıqda nəzərdə tutulan radioaktiv maddə ehtiyatını artırmaqda davam edir.
“Report” xarici KİV-inə istinadən xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) üzvlərinin yaydığı sənəddə bildirilib.
Bildirilib ki, noyabrın 2-dək olan məlumata əsasən, İranda nüvə yanacağı ehtiyatı 2 400 kq-dan artıqdır. 2015-ci ilin yayında “altılıq” ölkələri ilə əldə edilən razılaşmaya görə, İslam Respublikası 200 kq səviyyəsində radioaktiv maddə əldə edə bilər.