AEBA missiyası Zaporojye AES-ə baxış keçirməyə başlayıb - YENİLƏNİB

AEBA missiyası Zaporojye AES-ə baxış keçirməyə başlayıb - YENİLƏNİB Ukraynada səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) missiyası ölkənin Zaporojye vilayətinin Rusiyanın işğalı altındakı Enerqodar şəhərinə marşrutun atəşə tutulması səbəbindən çata bilmir
Region
1 Sentyabr , 2022 17:36
AEBA missiyası Zaporojye AES-ə baxış keçirməyə başlayıb - YENİLƏNİB

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) Baş direktoru Rafael Qrossinin rəhbərlik etdiyi nümayəndə heyəti “Rosatom”un nümayəndələrinin müşayiəti ilə Zaporojye AES-ə baxış keçirməyə başlayıb.  

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Enerqodar hərbi-mülki administrasiyasının Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, AEBA missiyasının Zaporojye AES-ə baxış keçirməsi ilə əlaqədar olaraq Enerqodarda təhlükəsizlik tədbirləri gücləndirilib.

Xatırladaq ki, daha əvvəl Ukrayna tərəfi Rusiya Silahlı Qüvvələrinin AEBA missiyasının Zaporojye AES-ə qədər əvvəlcədən razılaşdırılmış marşrutunu atəşə tutması barədə məlumat yaymışdı.

15:30

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) missiyası Ukraynanın Zaporojye vilayətinin işğal altında olan Enerqodar şəhərindəki Zaporojye Atom Elektrik Stansiyasına çatıblar.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

10:55

"Ukraynada səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) missiyası ölkənin Zaporojye vilayətinin Rusiyanın işğalı altındakı Enerqodar şəhərinə marşrutun atəşə tutulması səbəbindən çata bilmir".

“Report” xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Starux teleqram kanalında yazıb.

Onun sözlərinə görə, Rusiya qüvvələri əvvəlcədən razılaşdırılmış marşrutu atəşə tutur. AEBA-nın missiyası təhlükəsizlik səbəbi ilə hərəkəti dayandırıb.

Daha öncə Enerqodarın Rusiya təyinatlı qondarma administrasiyası 3 nəfərin ölümü ilə nəticələnən atışmanın olduğunu və Ukrayna desantının şəhərə eniş etdiyi barədə məlumat vermişdi.

Qeyd edək ki, AEBA missiyasının korteji avqustun 31-də səhər saatlarında Kiyevdən Zaporojye AES-ə doğru hərəkət edib. Səfər potensial nüvə qəzası təhlükəsinin artması fonunda baş tutur.

Bundan əvvəl avqustun 19-da AFP Yelisey sarayına istinadən xəbər vermişdi ki, Rusiya Prezidenti Vladimir Putin Fransa lideri Emmanuel Makronla söhbətində AEBA missiyasının Kiyev üzərindən Zaporojye AES-ə gəlməsi ilə bağlı razılığa gəlib.

Son xəbərlər

Orphus sistemi