Avropa Komissiyası (AK) Belarusda vətəndaş cəmiyyətinin inkişafı və onun demokratik istəklərini dəstəkləmək üçün 25 milyon avro ayrıldığını elan edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə AK-nin mətbuat xidməti məlumat yayıb.
“Avropa Komissiyası “EU4Belarus” proqramına 25 milyon avro maliyyə ayrılmasını təsdiqləyib. Proqram vətəndaş cəmiyyətinə, gənclərə, tələbələrə, universitet müəllimlərinə dəstək məqsədi daşıyır”, - sənəddə deyilir.
Proqram Belarusun vətəndaş fəallarına 450 təqaüd verilməsini və 500 fəalın mübadilə yolu ilə Aİ-yə dəvət olunmasını təmin edəcək.