Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bu gün Ermənistana səfərə gedib.
“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Tərəflər aprelin 6-da Brüsseldə keçirilən görüşün yekunları üzrə əldə olunmuş razılaşmaların həyata keçirilməsini müzakirə ediblər.
Onlar həmçinin regionun iqtisadi və nəqliyyat infrastrukturunun açılması barədə fikir mübadiləsi aparıblar.