Avropa Komissiyasının Prezidenti və Aİ-nin ali nümayəndəsi Kiyevdədir

Avropa Komissiyasının Prezidenti və Aİ-nin ali nümayəndəsi Kiyevdədir Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin Kiyevə səfəri başlayıb.
Region
8 Aprel , 2022 11:50
Avropa Komissiyasının Prezidenti və Aİ-nin ali nümayəndəsi Kiyevdədir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borreli və Slovakiyanın Baş naziri Eduard Xeqer Ukraynada səfərdədir.

“Report” TASS-a istinadən xəbər verir ki, onlar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək. 

“Biz Urusla fon der Lyayenlə artıq Ukraynadayıq. Prezident Volodimir Zelenski və hökumət başçısı Denis Şmıqalla görüşdə Ukraynaya yardımla bağlı konkret təkliflər təqdim edəcəyəm”, - E.Xeqer bildirib.

09:52

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin Ukraynanın paytaxtı Kiyevə səfəri başlayıb.

“Report” xəbər verir ki, bu barədə Aİ-nin diplomatı tviter səhifəsində yazıb.

O, artıq yolda olduqlarını bildirib.

Son xəbərlər

Orphus sistemi