“Tədricən daha çox ölkə antimüharibə koalisiyasına qoşulur”.
“Report” xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tviterdə yazıb.
“Dünyanın hər yerində insanlar bir mesajla çıxış edir: Rusiya, müharibəni dayandır, geri çəkil. Gəl danışaq”, - siyasətçi vurğulayıb.