Aİ Ukraynaya 600 milyon avro ayrılmasını təsdiqləyib

Aİ Ukraynaya 600 milyon avro ayrılmasını təsdiqləyib Avropa İttifaqı təcili və təxirəsalınmaz maliyyə ehtiyaclarının həlli üçün Ukraynaya 600 milyon avro məbləğində vəsaitin ayrılmasını təsdiqləyib.
Region
11 May , 2022 00:42
Aİ Ukraynaya 600 milyon avro ayrılmasını təsdiqləyib

Avropa İttifaqı (Aİ) təcili və təxirəsalınmaz maliyyə ehtiyaclarının həlli üçün Ukraynaya 600 milyon avro məbləğində vəsaitin ayrılmasını təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi adlarının açıqlanmasını istəməyən Aİ nümayəndələrinə istinadən məlumat yayıb.

Rəsmilərdən biri deyib ki, Avropa Komissiyasının (AK) prosesi başa çatdıracağı və vəsaitin yaxın günlərdə köçürülə biləcəyi gözlənilir.

Qeyd edək ki, bu vəsait ilin əvvəlində Aİ-nin qəbul etdiyi 1,2 milyard avroluq təcili yardım paketinin bir hissəsidir. Buna qədər martın 11-də AK Ukraynaya 300 milyon avro ödəmişdi.

Son xəbərlər

Orphus sistemi