Avropa İttifaqı (Aİ) atom elektrik stansiyasında (AES) fəlakət ehtimalına görə Ukraynaya 5 milyon doza yod verib.
“Report” xəbər verir ki, bunu Aİ-nin böhranların idarəedilməsi üzrə komissarı Janez Lenarçiç RND redaksiya assosiasiyasına müsahibəsində deyib.
“Biz artıq AES-lərin yaxınlığında yaşayan, təhlükə altında olan insanlar üçün Ukraynaya 5 milyon doza yod çatdırmışıq”, - Lenarçiç bildirib.
Xatırladaq ki, Ukraynanın Enerqodar şəhərində yerləşən, Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye AES hazırda Rusiya hərbi qüvvələrinin nəzarəti altındadır.