AK rəhbəri: “Aİ 2014-cü ildən bəri Ukraynaya 90 milyard avro ayırıb”

AK rəhbəri: “Aİ 2014-cü ildən bəri Ukraynaya 90 milyard avro ayırıb” “Avropa İttifaqı (Aİ) 2014-cü ildən bəri Ukraynaya 90 milyard avro maliyyə yardımı ayırıb, gələn il isə rəsmi Kiyev daha 18 milyard avro alacaq”.
Region
13 Dekabr , 2022 15:06
AK rəhbəri: “Aİ 2014-cü ildən bəri Ukraynaya 90 milyard avro ayırıb”

“Avropa İttifaqı (Aİ) 2014-cü ildən bəri Ukraynaya 90 milyard avro maliyyə yardımı ayırıb, gələn il isə rəsmi Kiyev daha 18 milyard avro alacaq”.

“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen Parisdə Ukraynaya yardıma həsr olunmuş konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 18 milyard avro 12 aya bölünəcək, yəni Kiyev hər ay 1,5 milyard alacaq. Pul güzəştli kreditlər şəklində ayrılacaq.

Bundan əvvəl Aİ ölkələrinin daimi nümayəndələrinin 2023-cü ildə Ukraynaya 18 milyard avro ayrılmasını yekdilliklə dəstəklədiyi məlum olmuşdu.

Avropa İttifaqı Şurasından bildirilib ki, bu qısamüddətli kredit yardımı Ukraynanın təcili ehtiyaclarını maliyyələşdirmək, kritik infrastrukturunu bərpa etmək və ölkəyə Avropaya inteqrasiya yolunda ilkin dəstək verilməsi üçün nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi