Albaniya Türkiyədən 3 ədəd “Bayraktar” pilotsuz uçuş aparatı (PUA) alacaq.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Albaniyanın müdafiə naziri Niko Peleşi məlumat verib.
Onun sözlərinə görə, Türkiyə və Albaniya PUA tədarükü ilə bağlı müqavilə imzalayıb.