Alen Simonyan: Bakıda keçiriləcək COP29-da iştirakla bağlı qərar hələ verilməyib

Alen Simonyan: Bakıda keçiriləcək COP29-da iştirakla bağlı qərar hələ verilməyib İrəvan Bakıda keçiriləcək COP29-da iştirakla bağlı hələlik bir qərarı yoxdur.
Region
22 Oktyabr , 2024 12:06
Alen Simonyan: Bakıda keçiriləcək COP29-da iştirakla bağlı qərar hələ verilməyib

İrəvanın Bakıda keçiriləcək COP29-da iştirakla bağlı hələlik bir qərarı yoxdur.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə parlamentin spikeri Alen Simonyan məlumat verib.

“Ermənistanın burada niyə iştirak etməli olduğunu, tədbirin ölkəyə nə verəcəyini və hansı səviyyədə təmsil olunacağımızı müzakirə etmək lazımdır. Müzakirə edəcəyik, bunun dövlətimizə lazım olub-olmadığını anlayacağıq, uyğun olmasa, getməyəcəyik”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi