Almaniya bundestaqının vitse-prezidenti Kiyevə gedib

Almaniya bundestaqının vitse-prezidenti Kiyevə gedib Almaniya bundestaqının vitse-prezidenti Katrin Qerinq-Ekardt fevralın 1-də Ukraynanın paytaxtı Kiyevdə səfərdədir.
Region
1 Fevral , 2023 16:44
Almaniya bundestaqının vitse-prezidenti Kiyevə gedib

Almaniya bundestaqının vitse-prezidenti Katrin Göring-Ekardt fevralın 1-də Ukraynanın paytaxtı Kiyevə səfərə gedib.

“Report” xəbər verir ki, bu barədə o, tviter səhifəsində paylaşım edib.

“Ukrayna xaqlı öz ölkəsini və bizim azadlığımızı müdafiə edir”, - vitse-prezident paylaşımında vurğulayıb.

Katrin Göring-Ekardt Ukraynanın Avropa İttifaqına potensial üzvlüyünü nəzərdə tutaraq qeyd edib ki, bu ölkə Avropa ailəsinə aiddir.

Məlumata görə, onun səfəri bir neçə gün davam edəcək. Qeyd edilib ki, vitse-prezident Ukraynadakı humanitar vəziyyəti yerindəcə öyrənməyə çalışacaq.

Onun hökumət başçısı Denis Şmıqalla görüşü də planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi