Almaniya Prezidenti Frank-Valter Ştaynmayerla ermənistanlı həmkarı Vaaqn Xaçaturyan arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, məlumatı “Sputnik Armenia” yayıb.
Bildirilib ki, dövlət başçıları Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
V.Xaçaturyan Ermənistanın regionda sülhün yaranması üçün atdığı addımlardan danışıb.
Frank-Valter Ştaynmayer regionda sülhün yaranması üçün maksimum səy göstərməyə hazır olduqlarını bildirib.
Tərəflər bölgədə vəziyyətin tənzimlənməsi üçün fikir mübadiləsi aparıblar.