Almatıda saxlanılan qanunsuz aksiyaçıların sayı 2,6 min nəfərə çatıb

Almatıda saxlanılan qanunsuz aksiyaçıların sayı 2,6 min nəfərə çatıb Almatıda saxlanılan qanunsuz aksiyaçıların sayı artaraq 2,6 min nəfərə çatıb.
Region
17 Yanvar , 2022 06:58
Almatıda saxlanılan qanunsuz aksiyaçıların sayı 2,6 min nəfərə çatıb

Qazaxıstanın Almatı şəhərində antiterror əməliyyatı başlayandan hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz aksiyalarda, talanlarda və digər cinayətlərdə iştirak etdiklərinə görə 2 601 nəfəri saxlayıblar.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir. Qeyd edək ki yanvarın 15-də 2 402 nəfərin saxlanıldığı bildirilirdi.

"Antiterror əməliyyatı başlayandan indiyədək qanunsuz əməllərin, talanların və digər cinayətlərin ümumilikdə 2 601 iştirakçısı saxlanılıb. Ümumilikdə 127 odlu silah və 4 077 döyüş sursatı götürülüb", - şəhər komendaturasının mətbuat xidməti məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi