Türkiyənin Antalya şəhərinin Kaş rayonu sahillərində içərisində 45 miqrantın olduğu qayıq batıb.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sahildən 161 mil uzaqlıqda 45 nəfərlik qayığın batdığı faktı təsdiqlənib.
Qeyd edək ki, axtarış-xilasetmə tədbirləri davam etdirilir.