Lui Bono Armen Qriqoryanla İrəvanla Bakı arasında normallaşma prosesini müzakirə edib

Lui Bono Armen Qriqoryanla İrəvanla Bakı arasında normallaşma prosesini müzakirə edib Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.
Region
25 İyul , 2024 12:37
 Lui Bono Armen Qriqoryanla İrəvanla Bakı arasında normallaşma prosesini müzakirə edib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i ölkənin Təhlükəsizlik Şurasının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Görüş zamanı həmsöhbətlər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini və son hadisələri müzakirə ediblər.

A.Qriqoryan Ermənistan tərəfinin regionda hərtərəfli və uzunmüddətli sülhün bərqərar olmasına sadiqliyini təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi