“Gürcüstanda baş tutan parlament seçkiləri şübhəsiz ki, ölkənin Azərbaycanla münasibətlərinə müsbət təsir göstərəcək”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Milli Məclisin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun rəhbəri Arzu Nağıyev deyib.
Deputat Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın həm iqtisadi, sosial, həm də siyasi baxımdan nümunəvi xarakter daşıdığını bildirib: “Hesab edirəm ki, bu seçkilər iki ölkə arasındakı münasibətlərə müsbət töhfəsini verəcək”.