Asəf Hacıyev Gürcüstan parlamentinin sədri ilə Ukraynanı müzakirə edib

Asəf Hacıyev Gürcüstan parlamentinin sədri ilə Ukraynanı müzakirə edib Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının Baş katibi Asəf Hacıyevlə görüşüb.
Region
28 Aprel , 2022 12:21
Asəf Hacıyev Gürcüstan parlamentinin sədri ilə Ukraynanı müzakirə edib

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının Baş katibi Asəf Hacıyevlə görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qanunverici orqanın Mətbuat Xidmətindən bildirilib.

Spiker qeyd edib ki, Qara dəniz ölkələri arasında əməkdaşlıq mövcud regional çağırışlar nəzərə alınmaqla xüsusilə vacibdir. Onun sözlərinə görə, QDİƏT regional tərəfdaşlığın gücləndirilməsi üçün yaxşı platformadır.

Görüşdə Ukrayna və Qara dəniz bölgəsində baş verən hazırkı proseslər müzakirə olunub. Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin region və dünya üçün ciddi nəticələrə gətirib çıxaracağı vurğulanıb.

A.Hacıyev müasir beynəlxalq münasibətlərdə ölkələrin bir-birinin suverenliyini və ərazi bütövlüyü prinsipini dəstəkləməsinin vacibliyini qeyd edib.

Tərəflər Qara dəniz regionunda səmərəli əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinə hazırlıqlarını ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi