AŞPA Rusiyanın Ukraynadakı hərəkətlərini araşdırmaq üçün beynəlxalq tribunalın yaradılmasına tərəfdardır

AŞPA Rusiyanın Ukraynadakı hərəkətlərini araşdırmaq üçün beynəlxalq tribunalın yaradılmasına tərəfdardır Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiyanın Ukraynadakı hərəkətlərini araşdırmaq üçün təcili olaraq xüsusi beynəlxalq cinayət tribunalının yaradılmasını fikrini dəstəkləyib.
Region
28 Aprel , 2022 16:48
AŞPA Rusiyanın Ukraynadakı hərəkətlərini araşdırmaq üçün beynəlxalq tribunalın yaradılmasına tərəfdardır

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiyanın Ukraynadakı hərəkətlərini araşdırmaq üçün təcili olaraq xüsusi beynəlxalq cinayət tribunalının yaradılması fikrini dəstəkləyib.

“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Mariya Mezentseva bildirib.

Onun sözlərinə görə, Assambleyanın sessiyası zamanı qəbul edilmiş müvafiq qətnamədə həmçinin Avropa Şurası Nazirlər Komitəsinə Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarının nəticələri ilə bağlı məsələlər üzrə xüsusi nümayəndə təyin edilməsinin zəruriliyinə dair çağırış yer alıb.

“AŞPA üzvləri həmçinin Avropa Şurasına üzv dövlətləri Rusiya hərbi sektoru üçün hər hansı silah, hər hansı komponent, ikili təyinatlı malların tədarükünü dayandırmağa və belə embarqondan yan keçən bütün üçüncü dövlətlərə qarşı sanksiyalar tətbiq etməyə çağırır.

Parlamentarilər həmçinin hərbi əməliyyatları dayandırmaq, qoşunları Ukraynanın suveren ərazisindən çıxarmaq və beynəlxalq hüquq normalarına riayət etmək, habelə beynəlxalq hüquq, insan haqları, humanitar hüquq normalarının pozulması və digər beynəlxalq cinayətlərə görə məsuliyyətin müəyyən edilməsi məqsədilə aparılan araşdırmalar üçün Rusiya Federasiyasına təzyiqləri davam etdirməyə çağırıblar.

Bundan əlavə, təsdiq edilmiş qətnamədə AŞPA Rusiyadan enerji asılılığını aradan qaldırmağa, enerji keçidini sürətləndirməyə və eyni zamanda Rusiya Federasiyasından enerji idxalına alternativləri araşdırmağa çağırır”, - Mariya Mezentseva söyləyib.

Son xəbərlər

Orphus sistemi