ATƏT/DTİHB seçki müşahidə missiyasını Ermənistana göndərir

ATƏT/DTİHB seçki müşahidə missiyasını Ermənistana göndərir Missiya seçkilərin beynəlxalq öhdəliklərə və standartlara nə dərəcədə uyğun keçirildiyini qiymətləndirəcək
Region
19 May , 2021 12:28
ATƏT/DTİHB seçki müşahidə missiyasını Ermənistana göndərir

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTİHB) iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün missiyasını Ermənistana göndərib.

“Report” ATƏT-in mətbuat xidmətinə istinadən xəbər verir ki, missiyaya Eoqan Merfi rəhbərlik edir. Missiyaya ATƏT-in doqquz ölkəsindən 11 beynəlxalq ekspert daxil olacaq.

Bundan əlavə, DTİHB 24 uzunmüddətli müşahidəçinin göndərilməsini tələb edib.

Missiya seçkilərin beynəlxalq öhdəliklərə və standartlara nə dərəcədə uyğun keçirildiyini qiymətləndirəcək.

DTİHB seçki günü müşahidə aparmaq üçün ATƏT-ə üzv dövlətlərdən 250 qısamüddətli müşahidəçi tələb etməyi də planlaşdırır.

Ermənistandakı seçkiləri müşahidə etdikdən sonra ATƏT/DTİHB missiyası hesabatını yayımlayacaq.

Son xəbərlər

Orphus sistemi