ATƏT-in Baş katibi Helqa Maria Şmid iyunun 14-də Gürcüstana rəsmi səfər edəcək.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
İkigünlük səfər çərçivəsində ATƏT rəsmisi Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir İrakli Qaribaşvili, parlament sədri Kaxa Kuçava ilə görüşəcək.
H.Maria Şmidin həmçinin Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani və barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvlediani ilə də görüşləri planlaşdırılıb.