ATƏT PA-nın prezidenti dəyişib

ATƏT PA-nın prezidenti dəyişib Gürcüstanda yeni parlamentin formalaşmasından sonra ATƏT-in Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tsereteli vəzifəsini tərk edib.
Region
14 Dekabr , 2020 21:00
ATƏT PA-nın prezidenti dəyişib

Gürcüstanda yeni parlamentin formalaşmasından sonra ATƏT-in Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tsereteli vəzifəsini tərk edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə qurumun məlumatında bildirilib.

Qeyd olunub ki, PA-nın vitse-prezidenti lord Piter Bounes (Böyük Britaniya) prezident postunu tutub.

P.Bounes keçmiş prezidentə, ATƏT və PA-ya sadiqliyinə görə təşəkkür edib.

G.Tsereteli, öz növbəsində, ATƏT PA-nın üzvlərinə etimad və dəstəyə görə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, “Avropalı Gürcüstan” pasrtiyasından deputat olmuş G.Tsereteli 2017-ci ildən ATƏT PA-ya rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi