ATƏT sədri Gürcüstan XİN başçısı ilə Qara dəniz regionunda təhlükəsizliyi müzakirə edib

ATƏT sədri Gürcüstan XİN başçısı ilə Qara dəniz regionunda təhlükəsizliyi müzakirə edib Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ilə görüşüb.
Region
10 Aprel , 2023 17:22
ATƏT sədri Gürcüstan XİN başçısı ilə Qara dəniz regionunda təhlükəsizliyi müzakirə edib

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani aprelin 10-da Tbilisidə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ilə görüşüb.

“Report” xəbər verir ki, bunu təşkilat rəhbəri tviterdə yazıb.

Tərəflər Qara dəniz regionundakı təhlükəsizlik məsələsini müzakirə ediblər.

“Gürcüstan ATƏT-in dəyərli üzvüdür. Biz real və hərtərəfli təhlükəsizlik üçün birlikdə işləməyə davam edəcəyik”, - B.Osmani vurğulayıb.

Qeyd edək ki, ATƏT sədri Gürcüstanda səfərdədir. O, növbəti günlərdə Azərbaycan və Ermənistana baş çəkəcək.

Son xəbərlər

Orphus sistemi